13 
Fev
2020
18:51
246

Çindən qayıdan Gürcüstan vətəndaşı tibbi nəzarətə götürüldü

Çindən qayıdan Gürcüstan vətəndaşı, 26 yaşlı şəxs koronavirus ehtimalı ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

InterPress.ge xəbər verir ki, pasiyentdə yüksək temperatur qeydə alınıb.

Qadının analizlərinin cavabı tezliklə məlum olacaq. O, dekabrın 6-dan etibarən Çində olub, son üç həftə ərzində Fucian şəhərində yaşayıb və tam izolyasiya olunub.

Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib ki, hazırda yüksək hərarəti və qrip simptomları olan üç şəxs tibbi nəzarətdə saxlanılır: “Koronavirus testi aparılmayana qədər həmin pasiyentlər Yoluxucu Xəstəliklər Xəstəxanasında qalacaqlar”.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri