26 
Mat
2020
12:59
4123

Əhali kənd təsərrüfatı mallarını necə Tbilisiyə çıxarıb sata bilər? AÇIQLAMA

Marneuli meri kənd təsərrüfat mallarının Tbilisiyə necə çıxarılıb satılacaqı barədə açıqlama verib.

InterPress.ge-yə açıqlamasında Marneuli meri Zaur Darğallı qeyd edib ki, karantin bölgəsində olanlar heç cür karantin zonasından çıxa bilməzlər.

Darğallı açıqlamasında kənd məsullarının giriş-çıxışı ilə bağlı heç bir problem yaşanmayacaqını bildirib.

"Marneuliyə kənd təsərüfatının giriş-çıxışi ilə bağlı heç bir problem yoxdur. Sadəcə müəyyən qaydalar tədbiq olunub. Həmin qaydalar belədir: Tbilisidən mal almağ üçün gələn maşın müəyyən olunmalı və əhali tərəfindən həmin maşının nömrəsi, sürücünün ad-soyadı, nə almağa gəlir və hara gedir qeyd edib bizə bildirilməlidir, biz isə bu məlumatları Marneuli girişində duran müdafiə qüvvələrimiz bildirəcəyik həmin maşın buraxılacaq. Sürücü həmçinin qorunma qaydalarına riayət etməlidir. Maşın Marneuliyə daxil olmalıdır, sürücü qorunmağ üçün lazımi tədbirləri görməli və sakinlərlə kontakda olmamalıdır", - dedi Zaur Darğallı.

Malların çıxışını təmin etmək üçün merianın əlaqə nömrəsi: Azərbaycan dilində cavab verilir: +995591959509

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri