26 
Mat
2020
09:40
439

Marneuli və Bolnisidə 25-ə yaxın şəxs tibbi nəzarətə götürülüb

“Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, 25-ə yaxın şəxs tibbi nəzarət altına alınıb.

Nazirin sözlərinə görə, hazırda hər iki rayonda vətəndaşların vəziyyəti sabitdir: “Əlavə müdaxilələrə və klinikalara çatdırılmalara ehtiyac yoxdur. Lazım gələrsə, əlbəttə pasiyentlərin sağlamlığına təhlükə yaratmamaq üçün əlavə tədbirlər görüləcək”.

E.Tikaradze qeyd edib ki, Marneuli və Bolnisi əhalisi üçün koronavirusu qısa zamanda müəyyən edən 1 000 test çatdırılıb. Nazirin sözlərinə görə, bu testlərin vasitəsilə koronavirusu 6 saat əvəzinə yarım saata müəyyən etmək mümkündür.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri