26 
Mat
2020
00:22
1805

Şalva Natelaşvili Marneuli və Bolnisi sakinlərinə Azərbaycan dilində müraciət etdi

"Bütün Kvemo-Kartlililərə, əsas da Marneulilərə və Bolnisililərə müraciət edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Şalva Natelaşvili öz facebook səhifəsində yazıb.

O bütün Gürcüstanın Marneuli və Bolnisi əhalisinin yanında olduğunu vurğulayıb.

"Bütün Kvemo-Kartlililərə, əsas da Marneulilərə və Bolnisililərə müraciət edirəm, gürcülərə, azərbaycanlılara və ölkəmizin bu qürurlu vacib hissəsində yan-yana yaşayan hər kəsə müraciət edirəm. Viruslar nətəri gəlirlər, elə də gedirlər, əsas sanitar qaydalara riayyət edək və birbirimizə diqqət edək. Bütün Gürcüstan sizin yanınızdayıq. Allah sizləri qorusun", - Natelaşvili yazır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri