25 
Mat
2020
21:09
649

Gürcüstanda koronavirusa yoluxanların sayı 75-ə çatdı

Gürcüstanda koronavirusa 2 yeni yoluxma halı qeydə alınaraq koronavirusa yoluxanların sayı 75-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4055 nəfər, stasionar müalicədə isə 252 nəfər var.

Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri