25 
Mat
2020
20:21
2987

Gürcüstanda qazancı olmayan ailələrə 1000 lari verilməsi təklif olundu

Müxalifət lideri qazancı olmayan ailələrə 1000 lari verilməsini təklif edib.

InterPress.ge xəbər verir ki, bu haqda Qriqol Vaşadze bu gün keçirdiyi brifinqdə qeyd edib.

Vahid Milli Hərəkat hökumətə iqtisadi böhrandan çıxmaq üçün yeni bir təşəbbüs təklif edir. Qriqol Vaşadzenin sözlərinə görə, bir çox ailənin gəlirsiz qaldığı fövqəladə vəziyyət şəraitində üç ay boyunca qazancı olmayan ailələrə 1000 lari yardım edilməsini təklif edib.

“Aclıq bu günün əsas problemlərindən biridir. Hökumət müdaxilə etməsə, bu insanlar fiziki yaşamağın astanasında olacaqlar. Bu gün ən azı 100 min ailə ağır vəziyyətə düşüb. Yalınız sosial cəhətdən əlil və məcburi köçkünləri qeyd etsək, problemin miqyasının nə olduğu artıq aydındır. Gəlirsiz qaldığı fövqəladə vəziyyət şəraitində üç ay boyunca qazancı olmayan ailələrə 1000 lari yardım edilsin. İqtisadiyyatın hazırkı vəziyyətini başa düşürük, amma insanların həyatı hər şeydən vacibdir", - deyə Qriqol Vaşadze bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri