25 
Mat
2020
18:34
440

Gürcüstanın Kvemo-Kartli bölgəsində məscidlər bağlanıb

Gürcüstanın Kvemo-Kartli regionunda koronavirusa görə məscidlərin fəaliyyəti müvəqqəti dayandırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi Sozar Subari bildirib. Onun sözlərinə görə, möminlərə evdə ibadət etməklə bağlı çağırış edilib.

S. Subari məhdudiyyətin regiondakı kilsələrə də tətbiq edildiyini, lakin bəzi kilsələrin qayda pozuntusuna yol verdiyini bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri