25 
Mat
2020
15:38
1867

Marneulidən karantinə alınan körpənin vəziyyətindən xəbər var

"Marneulidən köçürülmüş yeni doğulmuş uşaqda ağır tənəffüs çətinliyi sindromu var".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının həkimi Lali Turdzeladze bildirib.

Həkimin sözlərinə görə, körpə koronavirus testi üçün aparılıb, cavabı bu axşam məlum olacaq.

“Bu axşam körpədən götürülən test nəticəsi məlum olacaq. Hazırda körpə nəfəs aparatındadır. Xəstə ağır, lakin ümidsiz deyilik. Kəskin tənəffüs çətinliyi sindromu var. Tənəffüs çətinliyi sindromu ağciyər iltihabından daha çətindir. Körpəni bu vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edirik. Hər şey protokola uyğundur və cavab gözləyirik", - Lali Turdzeladze dedi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri