25 
Mat
2020
14:06
639

Marneuli-Bolnisi keçid məntəqəsində bir vətəndaş koronavirus şübhəsi ilə nəzarətə alındı

Marneuli və Bolnisiyi birləşdirən yolda yaradılan keçid məntəqəsində bir vətəndaşda koronavirus simptomları aşkarlandı.

InterPress.ge xəbər verir ki, həmin şəxsi dərhal həkimlər yoxladılar.

Daha sonra isə, pasiyent təcili yardım avtomobili ilə Marneulinin “GeoHospitalına” aparıldı.

Pasiyentin yüksək temperaturu var, öksürürdü və ağır nəfəs alırdı.

Onun test nəticələri bu gün bəlli olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri