23 
Mat
2020
11:22
5017

Marneulidə çadırlar quruldu - FOTO

Marneulidə "Geo Hospital" xəstəxanasına yaxın yerdə səhra xəstəxanası yaradılır.

InterPress.ge xəbər verir ki, sözü gedən xəstəxana Gürcüstan baş naziri Qiorqi Qaxarianın təlimatı ilə hazırlanır.

Hazırda səhra xəstaxanasının qurulması işlərini Fövqəladə Halların İdarə olunması Xidməti həyata keçirir.

Qeyd edək ki, 22 mart tarixində Marneulidə yerləşən Geo Hospital xəstəxanasında 54 yaşlarında qadında koronavirus aşkarlanıb. Həmin qadın bir çox insanla ünsiyyətdə olub. Onunla ünsiyyətə olan 90 nəfərdən çox insan karantinə alınıb. Qadının vəziyyəti olduqca ağlr olduğu bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri