23 
Mat
2020
09:46
1455

Marneuliyə giriş-çıxış qadağandır- FOTO

Bu gündən etibarən Marneuliyə giriş-çıxış qadağandır.

InterPress.ge xəbər verir ki, Marneuli tamami ilə karantinə alınıb. Karantinin nə vaxt qurtaracağı bəlli deyil.

Tbilisi istiqamətindən Marneulinin girişi bağlanıb, Marneulidən çıxmaq istəyənlər geri göndərilir. Hətta Tbilisidə əməliyyat olması gərəkənlər və xəstəliyi üçün Tbilisiyə gedənlər belə buraxılmır. Bildirilir ki, sadəcə yük maşınları buraxılır.

Qeyd edək ki, Bolnisidə hazırda karantin altındadır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri