22 
Mat
2020
21:36
1849

Polis tərəfindən saxlanılan şəxs intihar etdi

Soyğunçuluqda günahlandırılan gənc, İmeretidəki müvəqqəti istintaq təcridxanasında intihar edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis İdarəsinin əməkdaşları soyğunçuluqda şübhəli bilinən şəxsi saxlayıblar. İstintaq onun Vani şəhərindəki "Magnit" supermarketinin kassirini qarət etdiyini müəyyən edib.

İntihar cəhdindən sonra 30 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri