21 
Mat
2020
11:43
833

Gürcüstanda yeni koronavirusa  yoluxma halları təsdiqləndi

Gürcüstanda daha üç nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 47-ə çatıb. Qeyd edək ki, onlardan biri tam sağalaraq evinə buraxılıb.

Qeyd olunur ki, Gürcüstanda hazırda 1966 nəfər karantində, 259 nəfər isə tibbi nəzarətdə saxlanılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri