14 
Mat
2020
19:39
639

Kazinolar, slot klublar və totalizatorların fəaliyyəti müvəqqəti qadağan olunur

Qurumlararası Koordinasiya Şurası, ölkə miqyasında fəaliyyət göstərən kazinolar, slot klublar və totalizatorlara koronavirusun yayılmasının qarşısının maksimal şəkildə alınması üçün, fəaliyyətlərini müvəqqəti olaraq dayandırmağı tövsiyyə edir ki, qapalı məkanlarda vətəndaşların intensiv şəkildə bir araya gəlməsinin qarşısı alınsın.

InterPress.ge xəbər verir ki, sözü gedən qərarı hökumət koronavirusun yayılmasının qarşısının alınmasına dair görülən profilaktik tədbirlər çərçivəsində verib.

Bununla yanaşı, Şura yaranmış vəziyyət fonunda sektorda fəaliyyət göstərən özəl müəssisələri yüksək sosial məsuliyyət göstərməyə və sözü gedən rekomendasiyanın nəzərə alınmasını işçilərin əmək haqlarına əks etdirməməyə çağırır.

Hökumət koronavirusun yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Qurumlararası Koordinasiya Şurasının bugünkü iclasında yeni qərarlar qəbul etdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri