12 
Mat
2020
13:29
1394

Marneuli meriyası əhaliyə çağırış etdi

Marneuli meriyası əhaliyə merya binasına gəlməkdən çəkinməyə çağırır.

InterPress.ge xəbər verir ki, müvafiq bəyanat Marneuli meriyasının rəsmi saytında qeyd olunub.

Marneuli meryası koronavirusun yayılmasının qarşısını almaq məqsədilə, vətəndaşların qəbulu dayandırıldığını və meriya binasına gəlməkdən çəkinmələrini qeyd edir.

"Marneuli Munisipalitetinin Meriyası, COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə, təcili zərurət istisna olmaqla, vətəndaşları növbəti iki həftə ərzində Meriya binasına gəlməkdən çəkinməyə çağırır", - deyilir bəyanatda.

Həm çinin qeyd olunub ki, Marneuli sakinləri meriya ilə hər hans bir problemdə və ya məlumat üçün aşağıdakı telefon və e-poçt vasitəsilə əlaqə saxlaya bilərlər.

Qaynar xətt: (0357) 22 33 21;

Məlumat Xətti: 591 95 95 09

Elektron poçt: municipaliteti@marneuli.gov.ge

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri